Mart 135 ilin ən isti ayı olub

Mart 135 ilin ən isti ayı olub
  19 Aprel 2015    Oxunub:1667
ABŞ-ın Milli Okean və Atmosfer Tədqiqatları İdarəsinin məlumatına görə, 2015-ci ilin martı bütün meteomüşahidələr tarixində ən isti mart ayı olub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, ötən ay Yer kürəsində orta temperatur 1880-ci ildən etibarən, yəni 135 ilin mart ayları ərzində ən yüksək həddə çatıb. Ötən ay planetimizdə orta temperatur XX əsrin mart aylarında müşahidə edilən orta temperaturdan selsi ilə 0,85 dərəcə yüksək olub.

Bundan əlavə, 2010-cu ildə qeydə alınmış əvvəlki temperatur rekordu selsi ilə 0,05 dərəcə yenilənib.

Müşahidələr göstərib ki, bu ilin təkcə mart ayı deyil, yanvar və fevral ayları da isti keçib. Üç ayın orta temperaturu ötən əsrin orta göstəricilərindən yüksək olub.

https://azvision.az/redirect.php?url=http://azertag.az/xeber/847838


Teqlər:





Xəbər lenti