Minlərlə müəllim etiraza qalxdı

Minlərlə müəllim etiraza qalxdı
  19 Aprel 2015    Oxunub:2685
Polşada müəllimlər kütləvi etiraz aksiyası keçirib. Polşa Həmkarlar İttifaqlarının Alyansının Varşavada təşkil etdiyi aksiyada on minlərlə etirazçı iştirak edib.

Etirazçılar büdcədən maliyyələşən tədris müəssisələrində çalışan işçilərin əmək haqqının artırılmasını tələb ediblər.

Etirazçılar ölkənin Baş naziri Eva Kopaçın iqamətgahına yürüş edərək, tələblərinin yazıldığı müraciəti ona təqdim ediblər. Polşa Həmkarlar İttifaqları Alyansı müraciətə hökumətin xüsusi iclasında baxılmasını tələb edib.

Rəsmi məlumata görə, polşalı müəllimlərin etiraz aksiyasında 30 min adam iştirak edib. Təşkilatçılar isə aksiyaya 60 min nəfərin qatıldığını iddia edir. Məlumata görə, onlardan 20 mini ölkənin müxtəlif bölgələrindən paytaxta gəlmiş müəllimlər olub.


Teqlər:





Xəbər lenti