Azərbaycanlı nazir xanımı ilə gəzintidə - FOTOLAR
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, türkiyəli həmkarı Faruk Çelik tərəfindən Bursaya dəvət olunan Səlim Müslümov səfərdən məmnun qaldığını deyib.
“Ankaradan Bursaya gəldik. Maşallah yol çox gözəldir”,-deyə S.Müslümov əlavə edib.
Nazir Bursada Orxan məscidi, Kozahan və Ulucamini ziyarət edib, daha sonra kanatla Uludağa gedib.
Nazir 3 il Mərmərə Universitetində müəllim işlədiyini qeyd edib: “Türkiyədə olduğum 4 il müddətində heç vaxt Bursaya gəlməmişdim. İndiyə qədər bunu özüm üçün müyyən çatışmazlıq kimi hiss edirdim”.
Xüsusilə, Ulucamiyə heyran qaldığını deyən S.Müslümov və həyat yoldaşı daha sonra Kozahanda alış-veriş edib.
Sevinc İltifatqızı
AzVision.az