İŞİD-dən növbəti qətliam

İŞİD-dən növbəti qətliam
  20 Aprel 2015    Oxunub:1365
İraq və Şam İslam Dövləti (İŞİD) terror təşkilatı Kərkük vilayətində 24 nəfəri edam edib.
AzVision.az-ın məlumatına görə, bu barədə İranın “Press-TV” telekanalı xəbər yayıb.

“Kütləvi edam Kərkük vilayətindən 95 kilometr aralıda yerləşən Zab rayonu ərazisində həyata keçirilib. Öldürülən şəxslərin hamısı daha əvvəl terrorçular tərəfindən götürülən şəxslər olub”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti