Qırğızıstan SOCAR-la işbirliyindən imtina edir

AzVision.az Qırğız KİV-nə istinadən xəbər verir ki, bu barədə Azərbaycanla NEZ-in birgə tikintisinə dair sualı cavablandırarkən Qırğızıstan vitse-baş naziri Valeriy Dil bildirib.
Qırğızıstan parlamentinin beynəlxalq məsələlər üzrə komitəsində çıxışı zamanı Dil bəyan edib ki, hazırda Türkmənistan və Azərbaycandan neft tədarükü üzərində işlənilir.
Qırğızıstanda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Neft Emalı Zavodu (NEZ) ehtimal ki, ölkənin Çuy vilayətində tikiləcək.
Dil ötən həftə “Cunda” NEZ üzrə müşavirənin keçirildiyini bildirib.
“Biz gəlir əldə etmək istəyirdik, ancaq 1-ci rübdə gücü 800 min ton olan zavodda cəmi 42 min ton xammal emal edilib. Onlar xammalın, neftin olmamasını bildirirlər. Biz hazırda bu məsələ üzərində işləyirik. Mən Rusiya şirkətlərini də işə qoşmuşam, onların tərəfindən bizə böyük təklif daxil olmayıb. Gömrük İttifaqına qoşulmaqla zavodu yükləyəcəyimizə ümid edirik”, - deyə, Dil vurğulayıb.
Eldar Tanrıverdiyev