Jirinovskinin deputatlığı əlindən alınacaq

Jirinovskinin deputatlığı əlindən alınacaq
  18 Fevral 2013    Oxunub:2397
Deputat İlya Ponomaryov Jirinovskini toxunulmazlığından məhrum edilməsi tələbi ilə Baş Prokurorluğa müraciət edib.
Dövlət Dumasının deputatı İlya Ponomaryov baş prokuror Yuriy Çaykaya Vladimir Jirinovskinin plagiatda şübhəli bildiyi dissertasiya müdafiəsinin yenidən yoxlanması tələbi ilə müraciət edib.
Əgər şübhələr öz təsdiqini tapsa, Ponomaryov Dövlət Dumasına Jirinovskinin deputat toxunulmazlığından məhrum edilməsi tələbi ilə müraciət edəcək və onun cinayət məsuliyyətinə cəlb edilməsinə nail olacaq.
Ponomaryovun sözlərinə görə, Jirinovskinin fəlsəfədən 1998-ci ildə Moskva Dövlət Universitetində müdafiə etdiyi doktorluq dissertasiyası elmi iş sayıla bilməz. Millət vəkilinin sözlərinə görə, dissertasiya universitetin attestasiya komissiyası tərəfindən də narazılıqla qarşılanıb və böyük qalmaqal yaradıb.
Ponomaryov Jirinovskinin sosiologiya fakultəsinin dekanı ilə olan dostluq əlaqələrindən istifadə edərək və komissiya üzvlərinə 5 min dollar rüşvət müqabilində elmi dərəcə aldığını vurğulayıb.
Xatırladaq ki, bir neçə gün öncə blogerlər Jirinovskinin oğlu və Dövlət Dumasının digər deputatı İqor Lebedevi də plagiatda ittiham ediblər.



Teqlər:  





Xəbər lenti