47 nəfər Azərbaycandan çıxa bilməz - Qadağa

47 nəfər Azərbaycandan çıxa bilməz - Qadağa
  20 Aprel 2015    Oxunub:1990
Bu ilin 1-ci rübündə Azərbaycanda 56948 vergi ödəyicisinin borcları tamamilə ləğv edilib.
Vergilər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, 1 aprel 2015-ci il tarixinə, vergi ödəyicilərinin 6,1%-nin dövlət büdcəsində borcu olub.

Nazirlik büdcəyə olan borcları ödətdirmək üçün 15668 əmlakı siyahıya alınması barədə qərar verib, amma bu qərarların 62,9%-i borclar ləğv edildiyi üçün bağlanılıb. Siyahıya alınmış əmlakların ixtisaslaşdırılmış açıq hərraclarda satılması məqsədilə məhkəmələrə verilmiş iddia ərizələri üzrə 150,5 min manat borc məbləğini əhatə edən 236 məhkəmə qətnaməsi qəbul olunub. Əmlakın siyahıya alınması barədə açılmış qərarlar üzrə 7,8 milyon manat vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Fiziki şəxslərin borclarının onların mülkiyyətində olan avtonəqliyyat vasitələrinə yönəldilməsi nəticəsində 500 min manat borc dövlət büdcəsinə ödətdirilib, 41 vergi ödəyicisi tərəfindən nəqliyyat vasitələri siyahıya alınmaya təqdim edilmədiyi üçün onların üzərlərinə həbs qoyulmaqla cərimə meydançalarında yerləşdirilməsi məqsədilə məhkəmələr tərəfindən müvafiq qərarlar qəbul edilib.

Hüquqi şəxslərdə təsisçi (payçı) kimi çıxış edən borclu fiziki şəxslərin borclarının həmin hüquqi şəxslərdəki paylarından tutulması məqsədilə həyata keçirilmiş müvafiq tədbirlər nəticəsində 53 fiziki şəxs üzrə 67,8 min manat məbləğində borc ləğv edilib.

Vergi orqanlarının müraciəti əsasında məhkəmələr tərəfindən 47 vergi ödəyicisinin ölkədən getmə hüququ müvəqqəti olaraq məhdudlaşdırılmış, onlardan 3 nəfəri borclarını ödədikləri üçün bu məhdudiyyət götürülmüşdür.

Xeyli və ya külli miqdarda vergiləri dövlət büdcəsindən yayındırdığına görə ümumilikdə 285 vergi ödəyicisi üzrə 20,2 milyon manat borc məbləğini əhatə edən materiallar ibtidai istintaq qaydasında araşdırılması məqsədilə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.


Teqlər:  





Xəbər lenti