Bu ölkə radiodan imtina edir

İki il ərzində Norveç dünyada FM radiodan tamamilə imtina edən ilk ölkə olmağı planlaşdırır. Hazırda ölkədə FM diapazonunda fəaliyyət göstərən 5 radiostansiya var. Norveçli mütəxəssislərin fikrincə, internet-yayıma keçməklə ölkə 25 milyon dollar qənaət edəcək.
“Ölkənin yarısı artıq radionu yalnız internet vasitəsilə dinləyir”, - deyə Norveçin mədəniyyət naziri Torhild Uidvi bəyan edib.
Eldar Tanrıverdiyev