Vətəndaşlara yeni müraciət imkanı

Vətəndaşlara  yeni müraciət imkanı
  20 Aprel 2015    Oxunub:1782
"Vətəndaşların müraciətləri haqqında" yeni qanun layihəsində 10-dan artıq müraciət forması nəzərdə tutulur.
AzVision.az-a bu barədə Milli Məclisin insan hüquqları komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, sənəd ölkə vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyir, vəzifəli şəxslərin müraciətlərə baxması qaydalarını müəyyən edir. 17 maddədən ibarət layihədə vətəndaşların müraciətlərinə baxılmasının əsas prinsipləri, baxılma müddəti, vətəndaşların qəbul edilməsi qaydaları və digər vacib məsələlər əksini tapır. Hər bir maddədə vətəndaşların konstitusion hüquqlarının qorunmasına xidmət edir. Burada vətəndaşların müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı hüquqi münasibətləri tənzimləyən, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasını müəyyənləşdirən 10-dan çox müraciət forması var. Layihədə qanunun tələblərinin pozulmasına görə şəxslərin Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşımaları prinsipləri də əks olunub.


Teqlər:  





Xəbər lenti