Merkel dünyanın ən nüfuzlu qadını seçilib

Merkel dünyanın ən nüfuzlu qadını seçilib
  25 May 2013    Oxunub:1100
"Forbes" jurnalı dünyanın ən nüfuzlu qadınlarının illik reytinqini açıqlayıb
Dünyanın ən nüfuzlu qadınlarının siyahısına Almaniya kansleri Angela Merkel başçılıq edir. O, artıq son 10 ildə 7-ci dəfədir ki, planetin ən güclü qadını seçilir.

İkinci yerdə Braziliya prezidenti Dilma Russeff qərarlaşıb. Siyahıda 3-cü yerdə milyonçu Bill Qeytsin həyat yoldaşı Melinda Qeytsdir.

ABŞ-ın birinci xanımı Mişel Obama 4-cü, sabiq dövlət katibi Hillari Klinton isə 5-ci olub.



Teqlər:  





Xəbər lenti