Ələkbərov İranda biznesə girişir

Ələkbərovun sözlərinə görə, sanksiyaların tətbiq olunmasına qədər “Lukoyl” İranda aktiv şəkildə işləyib və Anaran yatağını aşkarlayıb.
“Təəssüflər olsun ki, sanksiyaların tətbiq olunmasından sonra biz bu ölkəni tərk etməyə məcbur olduq. Biz ümid edirik ki, hazırda aparılan siyasi dialoqlar İran ərazisində investisiya yatırmaq imkanı yaradacaq. Biz həmin yatağa geri qayıtmaq istəyərdik”, - deyə Ələkbərov vurğulayıb.
Milyarder vurğulayıb ki, hazırda “Lukoyl” İran bazarına geri qayıtmaq imkanını öyrənir və “sanksiyaların ləğv olunması anı”na hazırlaşmaq istəyir.
Ələkbərov həmçinin əlavə edib ki, onun şirkəti 2016-cı ildən sonra İran və Meksikada aktivlər almağı düşünür: “Bəli biz hazırda bir sıra layihələri nəzərdən keçiririk, lakin bun 2015-2016-cı illərdə baş tutmayacaq. Bu iki il ərzində biz böyük layihələri istismara verməliyik. Ona görə də biz bütün diqqətimizi məhz bu layihələrə cəmləmişik”.
Eldar Tanrıverdiyev