İşıq, internet, təhsil pulsuz olacaq - Seçki vədi

  21 Aprel 2015    Oxunub : 2730
İşıq, internet, təhsil pulsuz olacaq - Seçki vədi
Türkiyədə parlament seçkilərinə hazırlaşan Xalqların Demokratiya Partiyası (HDP) seçki platformasını açıqlayıb.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiyanın seçki platformasında bəzi maraqlı məqamlar diqqəti cəlb edib. Belə ki, partiya rəhbərliyi seçkilərdə qalib gələcəyi təqdirdə icbari hərbi xidmətin ləğv ediləcəyini, şəhər mərkəzlərində internetin pulsuz olacağını və əhaliyə müəyyən miqdarda pulsuz elektrik enerjisi veriləcəyini vəd edib. Bundan başqa 8 martın bütün qadınlar üçün rəsmi bayram günü elan edilməsi də vədlər sırasındadır:

“18-25 yaş arası gənclərə aylıq 200 türk lirəsi pul veriləcək. Minimum əmək haqqı isə 1800 türk lirəsi olacaq. İcbari din dərsləri ləğv olunacaq. Diyanət İşləri üzrə Nazirlik ləğv olunacaq, din və inanc azadlığı məhdudlaşdırılmayacaq. Təhsil pulsuz olacaq və heç bir halda valideynlərdən heç nə üçün pul yığılmayacaq. Həftəlik iş saatı 35 saata düşəcək”.

Fatimə Kərimli

Teqlər: