Restoranda partlayış: 10 ölü

Restoranda partlayış: 10 ölü
  21 Aprel 2015    Oxunub:1661
Somalidə restoranda baş verən partlayış nəticəsində ən azı 10 nəfər ölüb.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Polisin məlumatına görə, hadisə nəticəsində ölənlərin sayı arta bilər. Hazırda hadisə yerində xilasedicilər işləyir. Hələ ki, heç bir qruplaşma partlayışa görə, məsuliyyəti öz üzərinə götürməyib.

Qeyd edək ki, ötən gün Somalidə BMT-nin avtobusunun partladılması nəticəsində 9 nəfər ölüb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti