AŞPA Ermənistana təzyiq etməlidir – Millət vəkili

AŞPA Ermənistana təzyiq etməlidir – Millət vəkili
  22 Aprel 2015    Oxunub:1474
AŞPA sessiyasında “Azad müzakirələr” zamanı Ermənistan nümayəndə heyəti üzvləri çıxışlar edərək, Azərbaycan və Türkiyə əleyhinə qərəzli, yalan və böhtanlarla dolu çıxışlar ediblər. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva Assambleyada Ermənistan heyətinə sərt cavab verib.

- Qonşusunun, Azərbaycanın 20 faiz torpaqlarını işğal edən və bu gün də işğal altında saxlayan bir ölkənin təmsilçilərinin bu Assamleyada hər hansı bir ölkəni tənqid etmək haqqı yoxdur,- deyən Paşayeva bildirib ki, 1 milyon insanın bütün haqlarını 20 ildən artıqdır ki, tapdalamaqda davam edən Ermənistanın insan haqlarından dəm vurub, kimlərəsə dərs keçmək haqqı yoxdur və çox gülünc görünür: “Onların Türkiyə və Azərbaycan haqqında səsləndirdiyi fikirlər qərəzdən və yalandan başqa bir şey deyil və çox təssüf edirik ki, onlar bu kimi addımlara son qoymurlar. Biz AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə çağırırıq. Ermənistan AŞ qarşısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öhdəlik götürüb. Amma heç bir addım atmayıb. AŞPA 1416 saylı qətnamə qəbul edib amma Ermənistan bu günə kimi bu qətnaməni yerinə yetirməkdən imtina edir. Ona görə də AŞPA artıq Ermənistanın bu addımlarına öz sərt münaibətini bildilməli, ona qarşı sərt addımlar atmalıdır”.


Teqlər:





Xəbər lenti