20 prezident Sarkisyana `yox`, Ərdoğana `hə` dedi

Türkiyənin rəsmi mənbələrinin məlumatına görə, qonaqlar arasında 3 parlament sədri, 5 baş nazir, 3 vitse-prezident, bir çox beynəlxalq təşkilatların rəhbərləri, ayrı-ayrı ölkələrdən deputatlar, beynəlxalq mükafatçılar və laureatlar, görkəmli ictimai-siyasi, elm və mədəniyyət xadimləri də olacaq. Bundan başqa, türkiyəli jurnalistlər də daxil olmaqla 35 ölkədən 1400-dən çox media mənsubu bayram mərasimlərinə qatılacaq.
Qeyd edək ki, aprelin 24-də Ermənistanda qondarma `soyqırım`ın 100 illiyi ilə əlaqədar tədbirlər keçiriləcək. Tədbirlərdə iştirak etmək Ermənistan prezidenti Serj Sarkisyan tərəfindən bir çox ölkələrə dəvət göndərilib.
AzVision.az