Yəməndə müharibə başa çatdı

Yəməndə müharibə başa çatdı
  22 Aprel 2015    Oxunub:2697
Ərəb ölkələrindən ibarət koalisiya qüvvələri bütün hədəflərə nail olduqdan sonra Yəməndəki hərbi əməliyyatları dayandırıb.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Daha əvvəl Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinin yaydığı məlumata görə, koalisiya qüvvələrinin həyata keçirdiyi “Sabitlik fırtınası” əməliyyatı nəticəsində şiə üsyançılar – husilərin əlində olan ballistik silahlar məhv edilib.

“Arabiya TV” telekanalının yaydığı məlumata görə, koalisiya “Yəməndə bütün məqsədlərinə nail olub və indi “Ümidin qaytarılması” adında yeni əməliyyat başlayacaq.

Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyata başlayıb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti