Rusiyada 3 azərbaycanlı həbs edildi

Rusiyada 3 azərbaycanlı həbs edildi
  22 Aprel 2015    Oxunub:1437
Moskvada polilərı silahlı basqın zamanı 4,5 milyon rublu oğurlayan cinayətkar dəstə iştirakçılarını saxlayıblar.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Rudnevka küçəsində yerləşən supermarketdə qeydə alınıb. Polis bildirib ki, dörd naməlum şəxs yanvar ayında saat 19.00-da mağazaya zorla girərək kassiri tapançaya oxşar predmetlə hədələyib, mağazanın sahibinə aid olan pulu və zərgərlik məmulatları seyfdən oğurlayıb.

Hadisə yerinə gələn polis əməkdaşları müəyyənləşdiriblər ki, zərərin ümumi məbləği 4,5 milyon rubl təşkil edir.

Baş vermiş fakt üzrə Rusiya Federasiyası Cinayət Məcəlləsinin dörd maddəsi ilə cinayət işi qaldırılıb.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə Daxili İşlər Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində Moskva ərazisində şübhəli bilinən qrup iştirakçılarından 3 nəfər saxlanılıb. Lyubertsı şəhərində isə dördüncü şübhəli tutulub. Həbs olunanlardan 3-ü Azərbaycan, 1-i isə Qazaxıstan vətəndaşıdır. Hazırda istintaq tədbirləri davam edir.

Polis bu şəxslərin hərəkətlərindən zərər çəkənlərin 102 xidmətinə zəng vurmaları barədə müraciət edib.


Teqlər:





Xəbər lenti