Beynəlxalq təşkilatlar Azərbaycanda korrupsiyaya qarşı mübarizəyə belə qiymət verirlər
Kamran Əliyev bildirib ki, AYİB həmçinin Azərbaycan hökumətinin korrupsiyaya qarşı yönəlmiş addımlarını, o cümlədən yeni qanunvericiliyin qəbul olunmasını və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini yüksək qiymətləndirib. Bu haqda 09.04.2015-ci il tarixdə Avropa Yenidənqurma və İnkişaf Bankının rəsmi saytında (www.ebrd.com ) da məlumat yerləşdirilib.
K.Əliyev həmçinin qeyd edib ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsini uğurlu model kimi dəyərləndirərək, digər ölkələr üçün nümunə olduğunu bildirib.
Bundan başqa, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən Azərbaycan brendi olan ASAN xidmət mərkəzlərinin fəaliyyəti ən uğurlu qabaqlayıcı tədbir kimi qiymətləndirilib.
Azərbaycan Respublikası Avropa Şurasının Korrupsiya Əleyhinə Dövlətlər Qrupunun (GRECO) 4 dəyərləndirmə raundunu uğurla keçən ölkələrdən biridir. Hər bir dəyərləndirmə mərhələsində ölkəmiz üzrə uyğunluq hesabatları qəbul edilib.
Kamran Əliyev həmçinin xatırladıb ki, Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə konvensiyası (UNCAC) üzrə müsbət dəyərləndirmədən keçən ilk ölkələrdən biridir.
Bundan başqa, Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP) və digər ixtisaslaşmış qurumların prokurorlar üçün antikorrupsiya alt domeninin yaradılması və Böyük Britaniya Krallığı Prokurorluğu Xidməti və Braziliyanın Baş Prokurorluğu ilə birgə aparılması beynəlxalq təşkilatlar tərəfindən böyük etimad göstərilərək, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi həvalə edilib.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


