Rusiyadan Qarabağ mesajı: `Barışdırmaq istəyirik...`

Rusiyadan Qarabağ mesajı: `Barışdırmaq istəyirik...`
  22 Aprel 2015    Oxunub:3378
Rəsmi Moskva Türkiyə və Ermənistan arasında əməkdaşlığın inkişaf etdirilməsi barədə sənədin qüvvəyə minməsi üçün yardım edəcək.

AzVision.az-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.

“Biz Ermənistan-Türkiyə əlaqələrinin normallaşmasını, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsini, bununla da Ermənistan-Azərbaycan münasibətlərinin normalaşdırılmasının tərəfdarıyıq. Biz bunun üçün xeyli işlər görürük”, - deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Lavrovun sözlərinə görə, Rusiya bir neçə il əvvəl Ankara və Yerevanın təşəbbüsü ilə başladılan sərhədlərin açılması, ölkələrin bir-birini tanıması və əməkdaşlığın inkişafı barədə sənədin hazırlanması prosesini dəstəkləyib: “Təəssüflər olsun ki, sənədlər imzalansa da, qüvvəyə minmədi. Çünki, sənəd Türkiyədə ratifikasiya edilmədi. Lakin biz bu prosesin baş tutması üçün aktiv şəkildə işləyəcəyik”.

Lavrov həmçinin vurğulayıb ki, Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli vaxtının çoxdan çatdığını vurğulayıb: "Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Rusiya çox şey edir və bu istiqamətdə işləməkdə davam edirik ki, mürəkkəb olan bu münaqişənin həll yolunu tapaq. Biz ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupu çərçivəsində işləyirik. Müntəzəm olaraq Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşürük. Bizim prezident də Azərbaycan və Ermənistan liderləri ilə görüşlərində bu məsələni müzakirə edir. Ümid edirəm ki, bundan sonrakı əlaqələr bu problemin həllini tezləşdirəcək. Düşünürəm ki, artıq problemin həllinin vaxtı çoxdan yetişib".

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti