“Manat rahat nəfəs ala biləcək” – Ekspert

“Manat rahat nəfəs ala biləcək” – Ekspert
  22 Aprel 2015    Oxunub:3466
“Mərkəzi Bank (MB) manatın kursunu dünənki azalmadan sonra bu gün stabil saxlayıb. Ötən həftə möhkəmlənən manat dünən cüzi dəyər itirdi”.
AzVision.az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Vüqar Bayramov manatın məzənnəsi ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Mərkəzi Bankın bu siyasəti MB-ın milli valyutanı mərhələli möhkəmləndiricəyi ilə bağlı gözləntiləri müəyyən qədər səngitdi:

“Milli valyutanın son zamanlar dəyişən məzənnəsi göstərir ki, Mərkəzi Bank hələlik özü üçün müəyyənləşdirdiyi dəhliz çərçivəsində dəyişəcək. Bununla da, manatın məzənəsinin necə dəyişəcəyi barədə konkret fikir formalaşmasına əsas yaratmayacaq. Əslində, hal-hazırda manatın məzənnəsinin möhkəmlənməsinə iqtisadi baxımdan əsas olmamaqla yanaşı, onun kursunun kəskin ucuzlaşmasına sosial aspektdən lüzum da yoxdur. Belə görsənir ki, neftin dünya bazar qiymətinə və eləcə də ticarət üzrə əsas tərəfdaş ölkələrdəki milli valyutalardakı məzənnə dəyişikliyinə uyğun olaraq manatın kursu müəyyənləşəcək. Hələliksə baş bankda xırda korrektələrlə mövcud məzənnəni qoruyub saxlamağa çalışacaqları gözlənilir. Strateji baxımdan isə, manatın məzənnəsi ölkəyə daxil olan valyuta kütləsindən asılı olacaq. Neftin dünya bazar qiymətinin hər barel üçün 70 dolları örtəcəyi və həmin intervalda stabilləşəcəyi halda manat rahat nəfəs ala biləcək”.

AzVision.az


Teqlər:  





Xəbər lenti