8 min abituriyent Azərbaycan dilindən imtahan verəcək
İmtahanda 8426 abituriyentin iştirak edəcəyi nəzərdə tutulur. Onlardan 4041 nəfərini oğlan, 4385 nəfəri qızdır.
Bakıda 5525 , Naxçıvanda 26 , Gəncədə 821, Sumqayıtda 587, Şəkidə 374, Ağcabədidə 109, Göyçayda 224, Şirvanda 144, Lənkəranda 160, Xaçmazda 456 nəfər abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunması üçün 63 imtahan rəhbəri, 670 nəzarətçi müəllim ayrılıb.
Aprelin 26-da keçirilən imtahanda “qeyri-məqbul” qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 7-də keçiriləcək növbəti Azərbaycan dili imtahanında iştirak edə bilərlər.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


