Maliyyə Nazirliyi pulsuz seminar keçir

Maliyyə Nazirliyi pulsuz seminar keçir
  22 Aprel 2015    Oxunub:2519
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi (METM) Azərbaycanda mühasibat uçotu və audit sahəsində çalışan təlimçiləri ödənişsiz əsaslarla METM-də akkreditasiyadan keçməyə dəvət edir
Bu barədə AzVision.az-a Nazirliyə istinadən xəbər verir. Məlumata görə, bu məsələ Nazirliyin və Dünya Bankının birgə “Korporativ və Büdcə Sektorlarında Hesabatlılıq” Layihəsi çərçivəsində reallaşdırılır.

Mühasibat uçotu və audit üzrə təlimçilərin və ya bu sahədə karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslərin davamlı təhsilini təmin etmək məqsədilə METM ödənişsiz olaraq aşağıda qeyd olunan fənlər üzrə təlimçiləri "İmtahan suallarının hazırlanması metodikası" və "İmtahan nəticələrinin qiymətləndirilməsi metodikası" üzrə seminara dəvət edir. Seminar aşağıdakı fənlər üçün keçiriləcək:

- Maliyyə hesabatlarının hazırlanması;
- Maliyyə menecmenti;
- Audit və əminlik;

Seminar müvafiq sahələr üzrə beynəlxalq kvalifikasiyalara malik mütəxəssislər tərəfindən aparılacaq. Seminarın 2015-ci ilin may ayında keçirilməsi planlaşdırılır.
Maraqlı şəxslər ətraflı məlumat üçün aşağıdakı ünvana müraciət edə bilərlər:
Maliyyə Elm-Tədris Mərkəzi
Heydər Əliyev prospekti, 10
Bakı ş., Azərbaycan
Tel.: (012) 4048159
E-mail: [email protected]
Əlaqə üçün şəxs:
Elman Hüseynov, Maliyyə Elm-Tədris Mərkəzinin direktoru
Emil Əhmədov, Təlim üzrə koordinator


Teqlər:





Xəbər lenti