Düşmən hücuma hazırlaşır

Düşmən hücuma hazırlaşır
  23 Aprel 2015    Oxunub:2965
Erməni haker qruplaşmaları Azərbaycanın və Türkiyənin informasiya resurslarına genişmiqyaslı hücuma hazırlaşırlar.
AzVision.az xəbər verir ki, bunu Trend-ə Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter insidentlərinə qarşı mübarizə Mərkəzindən (CERT) deyiblər.

Hakerlərin hücumu məqsədyönlü olacaq və qondarma “erməni soyqırımı”nın 100-cü ildönümünə həsr olunacaq.

CERT-dən qeyd ediblər ki, mərkəzin apardığı monitorinq nəticəsində erməni hakerlərin Azərbaycanın və Türkiyənin internet resurslarına qarşı genişmiqyaslı hücumunun aprelin 23-24-nə təsadüf edəcəyi məlum olub: “Dövlət və özəl sektorun resurslarına hücumlar məqsədyönlü xarakter daşıyacaq”.

Bununla əlaqədar CERT haker hücumlarına görə informasiya sistemlərinin təhlükəsizliyi üzrə tədbirlərin gücləndirilməsi barədə xəbərdarlıq edir.


Teqlər:





Xəbər lenti