“Ərdoğandan ciddi mesaj gözləyirəm” - Sarkisyan

“Ərdoğandan ciddi mesaj gözləyirəm” - Sarkisyan
  23 Aprel 2015    Oxunub:2865
“Türklərlə ermənilərin bir bölgədə yaşaması, qonşu olmasi bizim istəyimizlə baş tutmayıb. Bunu biz özümüz seçməmişik”.
AzVision.az xəbər verir ki, bu fikirləri Ermənistan prezidenti Serj Sarkisyan “CNN Türk”ə açıqlamasında bildirib.

Sarkisyan qeyd edib ki, Türkiyə Ermənistanla sənədləri ratifikasiya etsəydi, bölgədə vəziyyət tam fərqi olacaqdı:

“Biz bu sənəddə imzamızı atmadıq. Türkiyə imzalasaydı, biz də imzalayardıq”,-deyə Ermənistan prezidenti qeyd edib.

Türkiyənin baş naziri Əhməd Davudoğlunun 1915-ci il olayları ilə bağlı mövqeyinə münasibət bildirən Sarkisyan “Ümid edirəm ki, prezident Ərdoğan 24 apreldə daha güclü bir mesaj verəcək, bununla da münasibətlər nomrala dönər”-deyə vurğulayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti