Misirdə yenidən iğtişaşlar başladı

Misirdə yenidən iğtişaşlar başladı
  23 Aprel 2015    Oxunub:1583
Misir KİV-lərinin yaydığı məlumata görə, ölkənin sabiq prezidenti Məhəmməd Mursiyə hökm çıxarılandan sonra Qahirənin bir sıra rayonlarında onun tərəfdaşları ilə polis işçiləri arasında toqquşmalar baş verib.
Qahirə ətrafındakı Əl-Mənsuriyə qəsəbəsində şiddətli toqquşmalar olub. Burada təqribən 150 islamçı aprelin 21-də Misirin sabiq başçısına çıxarılan hökmə qarşı etiraz aksiyası təşkil edib. Məlumata görə, hüquq mühafizə orqanlarının nümayəndələri toplaşanları qovmağa cəhd göstərəndə etirazçılar atəş açıblar. Nəticədə bir polis yaralanıb, iğtişaşa təhrik edən 15 nəfər saxlanılıb.

Həmin vaxt mərkəzi Təhrir meydanında əldəqayırma partlayıcı qurğu zərərsizləşdirilib.

Qahirə cinayət məhkəməsi 2013-cü ilin iyul ayında hakimiyyətdən uzaqlaşdırılmış Məhəmməd Mursini aprelin 21-də 20 il müddətinə ciddi rejimli həbs cəzasına məhkum edib. Sabiq prezident və “Müsəlman qardaşlar” hərəkatının daha 14 lideri 2012-ci ilin payızında Qahirədə “Əl-İttihadiyyə” prezident sarayının yanında faciəli hadisələr ilə bağlı iş üzrə ittiham olunublar.(Azərtac)


Teqlər:  





Xəbər lenti