ABŞ-dan önəmli `soyqırım` açıqlaması

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmisi Mari Harf qondarma “erməni soyqırımı` ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.
“Prezident Obama namizədliyi dönəmində “soyqırımı” qəbul edəcəyini deyirdi. Prezident olduğ vaxt isə bu sözü yerinə yetirmədi. Amerikalı ermənilər Obama hakimiyyətinin türklərin təzyiqinə təslim olduğunu deyirlər. Bu barədə nə deyə bilərsiniz”-deyə jurnalistin sualına M.Harf belə cavab verib:
“Məsələlər barəsində nə deyəcəyimizə və necə danışacağımıza biz qərar veririk. Prezident Obamadan Osmanlı İmperiyasının son günlərində 1,5 milyon erməninin öldürüldüyü, ya da ölümə təhrik edilməsi ilə bağlı tarixi həqiqətlər barəsində çox güclü ifadələr eşidəcəksiniz. Bilirik ki, bu il bəziləri biraz fərqli fikirlər eşitmək istəyirdi. Onları başa düşürük”.
Sevinc Iltifatqızı