Azərbaycana qar yağdı

Azərbaycana qar yağdı
  23 Aprel 2015    Oxunub:1656
Quba rayonunun dağlıq ərazilərinə 25 sm-dək qar düşüb.
APA-nın verdiyi məlumata görə, ən çox yağıntı Quba rayonunun Qırız kəndi ərazisində qeydə alınıb. Burada qarın qalınlığı 25 sm-ə çatıb. Quba Regional Hidrometeorologiya Müəssisəsindən sayta verilən məlumata görə, qarın hündürlüyü Xınalıqda 20 sm, Bostankeçdə 18 sm, Qusar rayonunun Ləzə stansiyasında 12 sm, Kuzunda 7 sm, Susayda isə 6 sm-dir.

Havanın temperaturu bəzi yerlərdə mənfi 7 dərəcəyədək düşüb.

Qeyri-sabit hava şəraitinin aprel ayının 25-dək davam edəcəyi gözlənilir


Teqlər:  



Xəbər lenti