İngilis dilində nəşr olunan kitabların təqdimatında ADU-nun tədris işləri üzrə prorektoru Vazeh Əsgərov çıxış edib.
O vurğulayıb ki, bu kitablar artıq azərbaycanca təqdim olunub, indi isə ilk dəfə olaraq ADU-nun təşəbbüsü ilə ingilis dilinə tərcümə edilib.
Daha sonra kitabın tərcüməçiləri, BDU-nun İngilis dilinin tərcümə kafedrasının dosenti Fialə Abdullayeva məlumat verib.
Milli Məclisin deputatı, əməkdar jurnalist Sahib Alıyev isə çıxışında bildirib ki, Çanaqqala zəfəri və qondarma soyqırımın 100-cü il dönümü ərəfəsində belə tədbirin keçilməyi önəmlidir:
“Bu ərəfədə qondarma soyqırımla bağlı çox səs-küy oldu. Bunun bir neçə səbəbi var. Birinci ona görə belə səs-küy doğurur ki, bu soyqırımın hallanmasını erməniləri özündən çox istəyən qüvvələr var, ikincisi ermənilərin özü bu işdə həqiqətən çox fəaldır.
Onlar uydurma soyqırımla bağlı 3 mindən çox kitab çıxarıblar. 37 ölkədə 23 dildə 900-dən çox nəşrə imza atıblar.
Üçüncü səbəb isə bu məsələdə qarşı tərəf passivlik nümayiş etdirir. Çox təəssüf ki, ermənilər təbliğat baxımından qat-qat qabaqda olublar. Kitabların ingilis dilinə tərcümə olunduğu deyiləndə, adətən düşünürlər ki, bu, Avropada yayımlanmaq üçündür. Hesab edirəm ki, bu kitablar Asiyada, müsəlman ölkələrində daha çox yayılmalıdır. Çünki bu kitablardakı faktları Qərb çox gözəl bilir”.
Fatimə Kərimli







Vaxtında, Aydın, Lazımlı!


