`Toyu `soyqırım` gününə təyin etdim ki...` - Millət vəkili

`Toyu `soyqırım` gününə təyin etdim ki...` - Millət vəkili
  23 Aprel 2015    Oxunub:3670
Sabah Milli Dirçəliş Hərakatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyevin oğlunun toy mərasimi keçiriləcək. Deputat oğlu Nikbin Quliyevin toyu 24 aprel- ermənilərin qondarma `soyqırımı` gününə təsadüf edir.
Millət vəkili Fərəc Quliyev AzVision.az-a açıqlamasında bildirib ki, toyun günü üçün 24 aprel tarixinin seçməsi təsadüfi deyil:

“Mən bu tarixi bilərəkdən seçmişəm. Təbii ki, həmin gün önəmlidir. Həm Çanaqqala zəfəri günüdür, həm də düşmənlərimizin sarsılan günüdür. Bu baxımdan məxsusi olaraq toyu 24 aprelə təyin etmişəm. Bu, bir toydur və siyasi tədbir olmayacaq. Normal şəkildə toy keçirəcəyik”.

Qeyd edək ki, “Xudafərin” şadlıq sarayında keçiriləcək toya deputatlar, ictimai siyasi xadimlər dəvət olunub.

Anar Kəlbiyev


Teqlər:  



Xəbər lenti