Dini şüarlardan istifadə icazəsi ləğv edildi

Dini şüarlardan istifadə icazəsi ləğv edildi
  26 May 2013    Oxunub:1125
Seçki kampaniyası zamanı dini şüarlara birbaşa qadağanın olmaması milli birliyə ziddir.
Misir Ali Məhkəməsi "Seçkilər haqqında" qanunun seçkiqabağı təbliğat kampaniyasında dini şüarlardan istifadəyə qoyulan qadağanı aradan götürən hissəsini ləğv edib. Bu barədə "Associated Press" xəbər verir.

Bu qərar keçmiş Prezident Hüsni Mübarəkə və öz siyasətində müttəfiq-islamçılara arxalanan Prezident Məhəmməd Mursiyə loyallıq nümayiş etdirən məhkəmə orqanları arasında gərginliyin son təzahürü olub.

Trend bildirir ki, məhkəmə öz qərarını onunla əsaslandırıb ki, seçki kampaniyası zamanı dini şüarlara birbaşa qadağanın olmaması milli birliyə ziddir və seçiciləri namizədin seçki platformasını öyrənməkdən yayındıracaq.

Qanun layihəsi tamamlanması üçün parlamentin yuxarı palatasına göndəriləcək. Xatırladaq ki, parlamentin aşağı palatası ötən il Ali Məhkəmə tərəfindən buraxılıb.

Qeyd edək ki, bundan əvvəl M.Mursi seçkilərin apreldə keçirilməsini planlaşdırırdı. Bu yaxınlarda isə o bəyan edib ki, seçkilər oktyabrda keçirilə bilər.



Teqlər:  





Xəbər lenti