Nazirliyin sürücüsü qəza törətdi - 2 yaralı
Hadisədən sonra sürücü Z.Məmişov piyadalara yardım göstərmədən ərazidən yayınıb. Yaralı piyadalar isə hadisə şahidləri tərəfindən ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Hadisədən bir neçə gün sonra qəza törədən Z.Məmişov könüllü olaraq polisə gələrək təslim olub və etdiyi qəzanı etiraf edib. Sürücü qəzadan sonra piyadalara yardım göstərmədən qaçmasını hadisə zamanı qorxması ilə əlaqələndirib. Qəza ilə bağlı Abşeron RPİ-də başlanan araşdırmalar davam etdirilir.
Qeyd edək ki, hadisəni törədən sürücü Z.Məmişov Təhsil Nazirliyində sürücü işləyir. O, qəza zamanı piyadaları nazirliyə məxsus xidməti avtomobillə vurub.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


