İlham Əliyev Türkiyəyə gedir

İlham Əliyev Türkiyəyə gedir
  23 Aprel 2015    Oxunub:1867
Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə səfər edəcək.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, prezident aprelin 24-də Çanaqqala zəfərinin 100-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdə iştirak edəcək.

Tədbirə eyni zamanda, Rusiya Dövlət Dumasının spikeri, Fransanın milli müdafiə naziri, İraq prezidenti, Avstraliya və Yeni Zenlandiyanın baş nazirləri və digər rəsmi şəxslər də qatılacaq.

Dövlət rəsmiləri `Savarona` gəmisində axşam yeməyi yeyəcəklər, bu zaman isə gəmi Çanaqqala boğazında dövrə vuracaq.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti