“Türkiyə ilə yalnız bir şərtlə barışa bilərik” – Sarkisyan

“Türkiyə ilə yalnız bir şərtlə barışa bilərik” – Sarkisyan
  23 Aprel 2015    Oxunub:3043
Ermənistan prezidenti Serj Sarkisyan hesab edir ki, rəsmi Ankara 1915-ci ildə baş verən “soyqırımı” tanıyacağı təqdirdə Türkiyə ilə barışıq mümkün ola bilər.
“Türkiyənin soyqırımı tanıması barışığa gedən ən qısa yoldur. Əgər bu səmimiyyətlə edilsə, onda Ermənistan və Türkiyə əlaqələri yeni, daha yüksək mərhələyə çıxacaq”

AzVision.az-ın məlumatına görə, bu barədə Sarkisyan “Euronews” telekanalına müsahibəsində bildirib.

Sarkisyan, həmçinin Türkiyə tərəfinin “soyqırım”ın öyrənilməsi üzrə tarixçilərdən ibarət birgə qrupun yaradılması şərtinin də “qeyri-real” olduğunu qeyd edib.

“Bu cür qrupun necə fəaliyyət göstərəcəyini təsəvvür belə edə bilmirəm. Çünki türk tarixçilər türk ictimaiyyəti və hökumətinin, ermənilər isə müvafiq olaraq erməni ictimaiyyəti və hökumətinin təzyiq altında olacaqlar. Təklif soyqırım və onun reallığını sual altına qoyduğundan bizim üçün təhqirdir”.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti