Tofiq Yaqublu 7 günlük azadlığa buraxılır

Tofiq Yaqublu 7 günlük azadlığa buraxılır
  23 Aprel 2015    Oxunub:3110
Müsavat başqanının həbsdəki müavini Tofiq Yaqublu qızı Nərgiz Yaqublunun vaxtsız vəfatı ilə əlaqədar 7 günlüyə azadlığa buraxılacaq. Onun yaxın saatlarda azad olunacağı gözlənilir.
AzVision.az xəbər verir ki, bu barədə musavat.com-a vəkil Nemət Kərimli məlumat verdi: “Məsələ artıq həll olunub. Sənədləşmə işi aparılır. Bir saata kimi, Tofiq Yaqublu 7 günlüyünə azad olunacaq. Göstəriş verilib. Qızının yas mərasimində iştirak etməyə. Penitensiar Xidmətdən əlaqə saxlayıb bildirdilər ki, rəsmi qaydada icazə verilib”.

Qeyd edək ki, Nərgiz Yaqublu bu gün səhər saatlarında Rusiyanın Tomsk şəhərində, müalicə olunduğu xəstəxanada vəfat edib.


Teqlər:  



Xəbər lenti