20 nömrəli məktəb üçün 10 milyon ayrıldı - Sərəncam

20 nömrəli məktəb üçün 10 milyon ayrıldı - Sərəncam
  24 Aprel 2015    Oxunub:2533
Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonunda 20 nömrəli tam orta məktəb üçün yeni binanın tikintisinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə 10,0 (on) milyon manat ayrılb.

Maliyyə Nazirliyində tapşrılıb ki, bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

AzVision.az


Teqlər:  



Xəbər lenti