Kadırov ruslara atəş açmaq əmri verdi

Kadırov ruslara atəş açmaq əmri verdi
  24 Aprel 2015    Oxunub:1774
Çeçenistanın başçısı Ramzan Kadırov yerli hakimiyyətlə razılaşdırılmadan respublika ərazisində xüsusi əməliyyatlar aparılması barədə federal qüvvələri xəbərdar edib, əks halda o, hədəfə atəş açılacağı haqda əmr verdiyini söyləyib.
Musavat.com-un “Exo Moskvı” radiosuna istinadən verdiyi xəbərə görə, bu barədə o, Çeçenistanlı güc strukturlarının rəhbərləri ilə keçirdiyi xüsusi müşavirədə bildirib.

Kadırov Stavropol polisinin və Qroznıdakı birləşmiş qruplaşmanın bir çeçen şübhəli şəxsin ölümü ilə nəticələnən hərəkətlərindən hiddətlənib. Öldürülən şəxsin əvvəl federal axtarışda olan Cambulat Dadayev olduğu deyilir.

“Bizim ərazimizdə belə şey olmayacaq. Kim ayrı cür düşünür – yanılır. Biz dinclik və qayda-qanun üçün çox baha qiymət ödəmişik. 2000-ci illər arxada qalıb... Bizimlə hesablaşmalıdırlar. Kifayətdir. Biz konstitusiyanı ona görə qəbul eləmişik ki, bizi öldürsünlər. Mən rəsmən bəyan edirəm ki, bizim icazəmiz olmadan ərazimizdə kim peyda olsa, - istər moskvalı olsun, istərsə də stavropollu – hədəfə atəş açın” , - deyə Kadırov güc strukturları təmsilçilərinə səslənib.


Teqlər:  





Xəbər lenti