Planetin ən yaşlı qadını odur - FOTO

AZƏRTAC Rusiyanın NTV telekanalına istinadla xəbər verir ki, bu yaxınlara qədər dünyanın ən yaşlı qadını yaponiyalı Misao Okava sayılırdı. O, bu il aprelın 1-də 117 yaşında vəfat edib. Bundan sonra titul amerikalı Gertrud Uiverə keçib. Lakin o da bu adı aldıqdan bir həftə sonra həyatını itirib.
“Vyetnam rekordları” təşkilatının sədri Le Çan Çıonq vyetnamlı Nquen Txi Çunun yaponiyalı Okavadan 5 yaş böyük olmasına baxmayaraq, onun yaşının yalnız indi rəsmən təsdiqini tapdığını deyib.
Nquen Txi Çunun şəxsiyyətini təsdiqləyən sənəddə onun 1893-cü il mayın 4-də anadan olduğu qeyd edilib. Xoşimin şəhərinin kənarında 75 yaşlı kiçik oğlunun ailəsi ilə birgə yaşayan qadın hələ ki, sağlamlığından şikayət etmir.
Teqlər: