Ağ evdən şok etiraf: səhvən öldürüldü

Ağ evdən şok etiraf: səhvən öldürüldü
  24 Aprel 2015    Oxunub:2559
Bu ilin yanvar ayında ABŞ-ın Əfqanıstan-Pakistan sərhədində terrorla mübarizə çərçivəsində keçirdiyi əməliyyatda girovlar öldürülüb.
Ağ Ev rəhbərliyi girovların səhvən öldürüldüyünü etiraf edib.

Ağ Evin sözçüsü Coş Ernestin yaydığı açıqlamada terror təşkilatı "Əl Qaidə"nin analoji olaraq 2011-2012-ci illərdə girov götürdüyü amerikalı Varren Veinstein və italyan Giovanni Lo Portonun səhvən öldürüldüyü yer alıb.

Açıqlamada deyilir ki, terror təşkilatının iki lideri Əhməd Faruqun və Mevrut Adam Gadahın orda olduğu barədə məlumat alan ABŞ ordusu əməliyyat keçirib: "Girovların orda olması barədə informasiya dəqiqləşdirilməmişdi".

Ağ Evin sözçusu Obamanın hadisəyə görə bütün məsuliyyəti üzərinə götürdüyünü və baş verən səhvin araşdırılacağını deyib. (Ans)


Teqlər:





Xəbər lenti