“Forsaj 8” gəlir - VİDEO

“Forsaj 8” gəlir - VİDEO
  24 Aprel 2015    Oxunub:11585
“Forsaj” franşizasının sayca 8-ci filmi 14 aprel 2017-ci il tarixində kinoteatrlarda nümayiş etdiriləcək.

AzVision.az “MTV” telekanalına istinadən xəbər verir ki, bu barədə Las Veqasda “CinemaCon” kinoteatrlarının sahiblərinin konfransında çıxışı zamanı franşizada əsas rolu oynayan Vin Dizel bildirib.

“Forsaj 8” daha əvvəlki filmlərdə əsas rollardan birini oynayan Pol Uokerin avtomobil qəzasında ölməsindən sonra franşizanının çəkilən ilk hissəsi olacaq.

Qeyd edək ki, hazırda kinoteatrlarda nümayişdən franşizanın sonuncu filmi “Forsaj 7” filmi dünya kinoteatrlarında 1 milyard dollardan çox gəlir götürüb. Bu nəticə ilə “Forsaj 7” dünya kino tarixində növbəti rekorda imza atıb. Daha əvvəl “Avatar” və “Harri Potter və ölüm hədiyyələri” filmləri analoji məbləği 19 gün ərzində əldə etmişdi.

“Forsaj 7” filmi həmçinin “Universal” studiyasının 1 milyard dollardan çox gəlir əldə edən ilk filmidir. Hesablamalara əsasən film ümumilikdə öz yaradıcılarına 1,4 milyard dollar gəlir gətirə bilər.



Filmin ən həyəcanlı səhnələrdən birində filmin qəhrəmanları – aktyorlar Vin Dizel, artıq dünyasını dəyişmiş Pol Uoker, Dueyn Conson və Ceyson Stethemin oynadıqları personajların Azərbaycana gəldiyi məlum olub. Filmin təxminən ortalarında baş verən hadisələr zamanı Vin Dizel və onun “ailəsi” paraşütlərin bərkidildiyi avtomobillərlə havada olan təyyarədən yerə- Azərbaycana atılacaqlar.

Bundan sonra filmin qəhrəmanları Azərbaycan yollarında zirehli avtobusda qaçmağa çalışan cinayətkarları izləyir və onlar arasında amansız mübarizə başlayır. Filmdə bu hadisələrin Azərbaycan dağlarında, yollarında cərəyan etdiyi göstərilir.

Filmin çəkilişlər ABŞ-ın Corciya, Kolorado ştatları, Dubay və Tokioda aparılıb. Azərbaycanda baş verəcək hadisələr Kolorado ştatında çəkilib. Filmin büdcəsinin 250 milyon dollar olduğu bildirilir.

Rejissor Ceyms Vanın çəkdiyi filmdə Vin Dizel, artıq dünyasını dəyişmiş Pol Uoker, Dueyn Conson və Ceysom Stetem oynayırlar. 7-ci film eyni zamanda iki hissənin davamıdır: `Forsaj 6` və `Forsaj 3: Tokio drifti`. Belə ki, 3-cü hissədə öldürülən məşhur qanqsterin qardaşı Dekkard Şou (Ceyson Stetem) Dominik Toretonun dəstəsindən qisas almağa çalışır.

Film əslində ötən ilin iyulunda ekranlara çıxmalı idi, amma Pol Uokerin qəfil ölümü ssenarini təzədən işləməyə vadar etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti