Qış qayıdır: Azərbaycanda qar yağacaq

Qış qayıdır: Azərbaycanda qar yağacaq
  24 Aprel 2015    Oxunub:2447
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, axşama doğru yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Havanın temperaturu gecə 5-8, gündüz 10-15 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında aprelin 24-də arabir yağış, dağlıq ərazilərdə sulu qar, qar yağacağı, bəzi yerlərdə şimşək çaxacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 12-17, dağlarda gecə 0-4, gündüz 4-8 dərəcə isti olacağı gözlənilir.

Tibbi-meteoroloji proqnoz

Aprelin 24-də Abşeron yarımadasında gözlənilən güclü xəzri küləyi və aprelin 25-i gündüzədək rütubətli hava şəraiti meteohəssas insanlarda narahatlıq yarada bilər. Aprelin 26-da əlverişli komfort hava şəraiti gözlənilir.

Xəbərdarlıq

Aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimal-qərb küləyinin güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

AzVision.az


Teqlər:  



Xəbər lenti