Davudoğludan Putinə kəskin etiraz

Davudoğludan Putinə kəskin etiraz
  24 Aprel 2015    Oxunub:2493
Türkiyənin baş naziri Əhməd Davudoğlu Rusiya prezidenti Vladimir Putinin qondarma “erməni soyqırımı” ifadəsini işlətməsinə və onun Ermənistana səfər etməsinə münasibət bildirib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Davudoğlu bu məsələni xarici işlər naziri ilə müzakirə etdiyini bildirib:

“Rusiya ilə əlaqədar xarici işlər naziri ilə görüşdük. Lazım olan addımlar atılacaq. Rusiya və Fransanın İrəvanda olması onların Minsk Qrupunun tərəfsizliyinə kölgə salır. Onlarla da bağlı lazımi diplomatik addımlar atılacaq.

Eyni zamanda onu da deyim ki, siz İrəvana gedən şəxslərə baxın, bir də Türkiyəyə gələn. Aradakı fərqi görün. Buradan aydın görünür ki, dünya kimə, nəyə etibar edir”

Sevinc İltifatqızı
AzVision.az



Teqlər:  





Xəbər lenti