Bakıda ANS üçün yeni bina tikilir
ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov açıqlamasında xəbəri təsdiqləyib. M.Məmmədov bildirib ki, artıq tikinti işlərinə başlanılıb və binanın özülü qoyulub. Hazırda betonlama işləri davam etdirilir.
M.Məmmədov əlavə edib ki, Badamdardakı ofisdən əlavə şirkət öz akademiyasını yaratmağı da planlaşdırır. Akademiya qobu qəsəbəsində yerləşəcək və tikinti üçün ərazi artıq alınıb.
Qeyd edək ki, ANS Şirkətlər Qrupu hazırda Azərbaycan Milli Elmlər akademiyasının Zoologiya İnstitutunun binasında yerləşib.







Vaxtında, Aydın, Lazımlı!


