Putinin paradına 26 prezident qatılacaq

Putinin paradına 26 prezident qatılacaq
  24 Aprel 2015    Oxunub:2387
26 hökumət başçısı Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlər qatılmağa hazır olduğunu bildirib.
AzVision.az-ın “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“Bu gün qədər Moskvadakı tədbirlərə 26 ölkə başçısı qatılacağını təsdiqləyib. Onlar arasında MDB ölkələri başçıları, Avropa, Asiya və Latın Amerikası ölkə başçıları da var”, - deyə, Lukaşeviç vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Yaponiyanın baş naziri Sidzo Abe, Cənubi Koreya prezidenti Pak Kın He, Xorvatiya prezidenti Kalinda Qrabar-Kitaroviç, Bolqarıstan prezidenti Rosen Plevneliyev, Avstriya prezidenti Haynts Fişer, İsveçin baş naziri Stefan Leven və Yaponiya baş naziri Sindzo Abe Moskvada Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etməyi planlaşdırmadığını bildirmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti