AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində 10 ədəd elektrik sayğacı yanıb. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 06:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.