Azərbaycan qarşı “qara piar”a Avropadan sərt cavab

AOK, həmçinin, müstəqil ölkənin siyasi sisteminə müdaxilə etmək səlahiyyətində olmadığını, lakin Azərbaycan hakimiyyətindən Oyunlar zamanı Xartiyanın pozulmayacağı barədə zəmanət aldığını mürəciət müəlliflərinin diqqətinə çatdırıb. Komitə bildirib ki, bütün başqa idman təşkilatları kimi, o da hər hansı ölkənin mövcud siyasi sistemi şəraitində fəaliyyət göstərməlidir.
Təşkilat onu da qeyd edib ki, Azərbaycan hakimiyyəti Oyunlar zamanı akkreditasiyası olan bütün media nümayəndələrinin azad fəaliyyətini təmin etmək zəmanəti verib. Bəyanatda kifayət qədər sərt leksikonda bundan daha uzağa gedən məsələlərin “şəxsi səviyyədə və medianın müdaxiləsi olmadan aparılacağı” vurğulanıb. (Apa)