Sumqayıt məktəbində Heydər Əliyevi andılar- FOTOLAR

Sumqayıt məktəbində Heydər Əliyevi andılar- FOTOLAR
  25 Aprel 2015    Oxunub:2259
AzVision.az xəbər verir ki, Sumqayıt şəhəri 9 saylı tam orta məktəbdə ulu öndər Heydər Əliyevin 92-ci il dönümünə həsr olunmuş müəllimlərin elmi praktik konfransı keçirilib.
Konrfransı giriş sözü ilə açan məktəbin direktoru Bəhruz Səlimxanov konfransın mahiyyəti haqqında məlumat verib. Daha sonra məktəbin tarix müəllimləri Heydər Əliyev haqqında müxtəlif aspektlərdən danışıblar. Rövşən İmanov ulu öndərin həyatı, Aynurə Şirinova xarici siyasət kursu, Vəfa Dadaşova təhsil siyasəti ilə bağlı məruzələr ediblər. Məkətbin digər müəllimləri Abdullayev Vüqar və Əmirşahova Sevda da konfransda çıxış ediblər. Sonda tədbirdə iştirak edən millət vəkili Leyla Abdullayeva öz fikirlərini tədbir iştirakçıları ilə bölüşüb.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti