Qeyd edək ki, aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin afterşokları Hindistanın paytaxtı Nyu-Dehli şəhərində, həmçinin ölkənin bəzi şərq və şimal-şərq ştatlarında da hiss olunub. Telekanallar 20 nəfərin öldüyünü, 100-dən artıq insanın isə yaralandığını bildirirlər.