İlham Əliyev başsağlığı verdi

İlham Əliyev başsağlığı verdi
  26 Aprel 2015    Oxunub:2129
Azərbaycan prezidenti İlham Əliyev Nepal Federativ Demokratik Respublikasının prezidenti Ram Baran Yadava başsağlığı verib.
Başsağlığı məktubunda bildirilir:

“Nepalda baş verən güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı, yaralananlar və dağıntılar barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu dəhşətli faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Nepal xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram”.


Teqlər:





Xəbər lenti