"Hitler" azadlığa çıxdı

"Hitler" azadlığa çıxdı
  26 Aprel 2015    Oxunub:3687
Odessanın Kiyev rayon məhkəməsi girov müqabilində həbs edilmiş kriminal avtoritet "Hitler" ləqəbli Valeri D. sərbəst buraxmağa razılıq verib.
Bu haqda yerli "Taymer" nəşri bildirir. Nüfuzlu avtoritet aprelin 21 də milis patrulu tərəfindən saxlanılıb.

Yoxlama zamanı "Hitler"in üzərində Makarov tapançası aşkar edilib. Onunla birlikdə həmçinin iki nəfər saxlanılıb. Onların müxtəlif cinayətlərdə iştirak edib-etmədiyi araşdırılır.

Valeri D. "Hitler" Odessanın kriminal dairələrində kifayət qədər nüfüzlu fiqurdur. Bir neçə il əvvəl o Odessa türməsində "smotryaşu" olub.(Ans)


Teqlər:





Xəbər lenti