Pan Gi Mun Moskvaya parada gedir

Pan Gi Mun Moskvaya parada gedir
  26 Aprel 2015    Oxunub:1466
BMT-nin baş katibi Pan Gi Mun mayın 9-da Moskvaya gələrək Böyük Vətən Müharibəsində qələbənin 70 illik yubileyi ilə əlaqədar təntənələrdə iştirak etməyi planlaşdırır.
Bu barədə məlumat təşkilatın mənzil-qərargahının adının çəkilməsini istəməyən nümayəndəsindən alınıb. BMT-nin mətbuat xidməti məlumatı şərh etməyərək, baş katibin səfərləri barədə yalnız uçuşa yaxın tarixlərdə xəbər verildiyini diqqətə çatdırıb.

Bir qədər əvvəl Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov BMT-nin baş katibi Pan Gi Muna və UNESCO-nun baş direktoru İrina Bokovaya dəvətnamə göndərildiyini bildirmişdi.


Teqlər:





Xəbər lenti